Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

DGK-nın yeni binasının yerində kəsilən ağaclarla bağlı açıqlama: “Buna görə nə Muxtar Babayev özünü pis edəndi, nə də ki Səfər Mehdiyev...”

1 102
Paylaş:
DGK-nın yeni binasının yerində kəsilən ağaclarla bağlı açıqlama:         “Buna görə nə Muxtar Babayev özünü pis edəndi, nə də ki Səfər Mehdiyev...”

“Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılması sosial tələb idi. Uzun müddət idi ki, həm biz, həm də digər siyasi fiqurlar bu məsələni gündəmə gətirirdilər. Ümumiyyətlə, gömrük sistemindəki problemlər gündəmi məşğul etmişdi. İstər sərhədi keçən adi vətəndaşlar, istər Azərbaycana avtomobil gətirən insanlar, istər kiçik və orta biznes sahibləri hər zaman gömrükdəki özbaşınalıqlardan, xaosdan və korrupsiydan şikayətlənirdilər. Buna görə də Səfər Mehdiyev və onun dəstəsindən canımızı qurtarmağımız sevindirici haldır. Amma bilmək olmaz yerinə gələcək adam yenə də onun fəaliyyətini davam etdirəcək, yoxsa gömrükdə  insanlara fayda verəcək daha innovativ metodlar tətbiq edəcək. Hər halda bunu zaman göstərəcək.”

Bunu Pravda.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri qeyd edib ki, Səfər Mehdiyevin fəaliyyətində nöqsanlar olduğu üçün prezident onu vəzifədən uzaqlaşdırıb: “Bir adamın müavinləri, general rütbəsi daşıyan idarə rəisləri həbs olunursa, məntiqlə sədrin də həbs ediləcəyini deməyə əsas verir, amma Azərbaycanda belə nümunə yoxdur. Əksər hallarda ölkədə nazir müavinlərinin, köməkçilərinin, hətta ən yaxın adamlarının həbs olunmasına baxmayaraq, nazirlərə toxunulmur, sonadək azadlıqda qalırlar. Bu sanki iqtidarın zamanında ona xidmət etmiş komanda üzvlərinə qarşı olan vəfa borcudur. Məhz bu səbəbdən də Səfər Mehdiyevin həbs olunacağını gözləmirəm”.

T.Abbaslı Dövlət Gömrük Komitəsinin yeni inşa edilən inzibati binası haqqında müzakirələrə də münasibət bildirib: “Səhv etmirəmsə, bu binanın tikilməsinə yüz milyonlarla manat xərclənib. Tikinti gedən ərazidə olan ağacların kəsilməsi zamanı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin bunun qarşısını alaraq ekologiyanın qayğısına qalmaq kimi bir dərdi olmayıb. Belə qərarlar ən yüksək səviyyədə verilir və həyata keçirilir, yəni 3-5 ağaca görə nə Muxtar Babayev özünü pis edəndi, nə də ki Səfər Mehdiyev. Ağacların kəsilməməsi, təbiətin qorunması kimi qanunlar kasıb-kusub, yetim-yesir üçündür. Bir əsərdə deyildiyi kimi “qanunlar hörümçək toru kimidir, ancaq zəifləri tutar, güclülər isə o toru yırtıb keçərlər””.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər