Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bu qəsəbənin sakinlərinə ŞAD XƏBƏR - FOTO

1 501
Paylaş:
Bu qəsəbənin sakinlərinə           ŞAD XƏBƏR - FOTO

Şəmkir rayonunun Çinarlı qəsəbəsində avtobus dayanacağının olmaması sakinlər üçün çətinlik yaradır.

Bu barədə Çinarlı qəsəbəsinin sakinləri tərəfindən Pravda.az-a ünvanlanan şikayətdə bildirilib.

Qeyd olunub ki, artıq rayonun Seyfəli və Yeni Həyat kəndləri avtobus dayanacağı ilə təmin edilib: “Amma Çinarlı qəsəbəsi dayanacaqsız qalıb. Maraqlıdır, Şəmkir Rayon İcra Hakimiyyəti hansı səbəbdən Çinarlı qəsəbəsini dayanacaqla təmin etmir? Çinarlı qəsəbəsi ilə düşmənçiliyiniz var? Qəsəbə sakinlərini adam hesab etmirsiniz? Sakinlərin müraciəti 1 ildir “qulaq ardı”na vurulur. Çinarlı qəsəbəsi Şəmkir-Gəncə, həmçinin Şəmkir-Seyfəli kənd avtobus marşrutlarının keçdiyi əraziyə daxildir. Marşrut xətti var, amma qəsəbə içərisində avtobus dayanacağı yoxdur. Yağışlı, küləkli, isti havada sakinlər dayanmağa yer tapmırlar. Aidiyyatı qurumların bu məsələyə diqqət ayırmasını istəyirik”.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri müdiri Elgün Seyidov saytımıza açıqlamasında bildirib ki, iyul ayının sonuna kimi Çinarlı qəsəbəsinə dayanacaq qoyulacaq: “Dayanacağın nümunə üçün fotosu da var. Ona uyğun layihələndirilib, sifariş də verilib. Artıq hazırlanır. Hazır formada qəsəbəyə gətirib qoyacaqlar. Bu ayın sonuna kimi qəsəbə üçün hələlik iki dayanacaq nəzərdə tutulub. Vətəndaşların müraciətlərinə də rəsmi cavab verilib”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər