Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyalara düzəliş edəcək, Rusiyanın aparıcı banklarının qlobal ərzaq və gübrə ticarətində çətinliklərini aradan qaldırmaq üçün tələb olunan bəzi vəsaitlərin istifadəsinə icazə verəcək.
Pravda.az xəbər verir ki, bu barədə "Reuters" iyulun 20-də Aİ diplomatlarının müzakirə edəcəyi sənəd layihəsinə əsasən bildirib.
“Sabah Aİ nümayəndələri tərəfindən qəbul ediləcəyi gözlənilən dəyişikliyə əsasən, Aİ ölkələri Rusiyanın aparıcı kreditorları VTB (VTBR.MM), Sovcombank, Novikombank, Otkritie FC Bank, VEB, Promsvyazbank və Bank Rossiyaya məxsus iqtisadi resurslara qarşı sanksiyanı götürəcək”, - "Reuters" bildirib.
Aİ rəsmisi isə bildirib ki, yeni düzəlişlərə əsasən, Rusiyanın ən böyük bankı olan Sberbank (SBER.MM) də ərzaq ticarəti üçün lazım olan resurslar istisna olmaqla, sanksiyaya - aktivlərinin dondurulmasına məruz qalacaq.