Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. İran mediası yazır ki, ali dini lider “sərhədin bağlanmasını qəbul etməyəcəklərini” bildirib.
“Qarabağın Azərbaycana qaytarılmasından (azad edilməsi kimi qeyd olunmur-red) məmnunuq. Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”, - İran mediası Xameneinin Ərdoğana belə dediyini yazır.
Və Xamenei 1920 ildə Zəngəzurun Ermənistana verilməsi ilə yaranmış sərhədi “min illərdir” adlandırmaqla saxtakarlıq edir. Onun qarşı çıxdığı da Zəngəzur dəhlizidir.
Əvəllər də bu barədə yazmışıq: Azərbaycanın Naxçıvanla quru əlaqəsi dəhliz məntiqi ilə bərpa olunarsa, bu, Ermənistan-İran sərhədinin bu hissəsinin də bağlanması deməkdir; 44 günlük müharibə İranı işğal dövründə Qarabağdan “boz zona” kimi istifadə etmək imkanından məhrum etdi, Zəngəzur dəhlizinin açılması isə Tehranın Cənubi Qafqaza girişini böyük ölçüdə məhdudlaşdıracaq və Bakıdan asılı vəziyyətə gətirəcək, “kommunikasiyanın açılması dövlətlərin suverenliyi ilə həll edilməlidir, Ermənistan sərhədi “qırmızı xəttimizdir” mövqeyinin səbəbi də budur;
Zəngəzur yolunun “dəhliz məntiqi” ilə açılmasında Ankara və Bakı ilə yanaşı, Moskvanın da mövqeyi üst-üstə düşür:
Birincisi, “maneəsiz çıxış”ın nəzərdə tutulduğu 10 noyabr bəyanatı Rusiyanın vasitəçiliyi ilə əldə olunub: Bakı və Ankara Moskvadan özünün imza atdığı razılaşmanın icrasını tələb edir;