BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan və Putin Tehranda görüşdü - YENİLƏNDİ

Son İstanbul görüşlərində Rusiya nümayəndə heyətinin yanaşması çox müsbət idi.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Tehranda keçirdiyi ikitərəfli görüşü zamanı deyib.

 

“Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək. Şəxsən mən və nümayəndə heyətim adından sizə çox təşəkkür etmək istərdim. Ümid edirəm ki, görüşlərimiz səmərəli olacaq”, - deyə o qeyd edib.

 

Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Ərdoğana “taxıl dəhlizi” ilə bağlı təşəbbüslərinə görə təşəkkür edib.

 

***

 

20:50

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Tehranda görüşüb.

 

Türkiyə və Rusiya liderlərinin görüşü Astana sammiti çərçivəsində baş tutub.

 

Liderlər görüş zamanı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

 

APA


Tarix: 19 İyul 2022, 21:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin