Astana platforması Suriya böhranında həll yolunu tapmaq üçün yeganə təsiredici təşəbbüsdür.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, Suriya böhranın yaratdığı bütün məsələlərin yükünü ən çox daşıyan ölkə Türkiyədir.
Ərdoğan Suriyanın ərazi bütövlüyünə PKK-YPG və digər terror təşkilatlarının olduğunu əlavə edərək, ölkəsinin terrorla mübarizəni kimin dəstəkləyib-dəstəkləmədiyinə baxmayaraq və yerindən asılı olmayaraq davam etdirəcək: “Rusiya və İrandan gözləntimiz bu məsələdə bizə dəstək olmaqdır. İŞİD, PKK-YPG və digərləri ilə mübarizə davam etməli, Suriya xalqına dəstək bu terror təşkilatlarını buralardan təmizləmək olmalıdır. Əli qanlı terror təşkilarlarına qarşı mübarizəmizi bundan sonra da davam etdirəcəyik”.