Maraqlı prosesdir: Qərb (ABŞ) Yaxın Şərqdən çıxarılır, amma Cənubi Qafqazda möhkəmlənir.
HAŞİYƏ: Hər üç ölkədən Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təhdidlər açıq müstəviyə daxil olub:
1. Cənubdan - İran Azərbaycanda "kərimə dövləti" quracağı ilə bağlı Azərbaycanın müstəqilliyini, suverenliyini təhdid edir
2. Şimaldan - Rusiya keçmiş SSRİ-nin fərqli formatda bərpa ediləcəyini bildirir və Azərbaycanın da istənilən şəkildə yeni "ittifaq"a daxil olacağını qeyd edir. Yenə də Azərbaycan müstəqilliyi təhdid olunur
3. Türkiyədən - Azərbaycanın Türkiyə ilə konfederasiya (nəticədə federasiya) şəklində birləşməsi ilə bağlı fikirlər dövriyyəyə buraxılıb, siyasi platformaya, efirlərə köçürülüb və ciddi şəkildə müzakirə olunmaqdadır, azacıq ictimai dəstək də alıb. Bu prosesdə "icraçıları" da (oxu: təşəbbüskarları) dəqiq seçiblər: köhnə türkçülər və millətçilərin bir qismi... Konfederasiya təklifi də Azərbaycanın dövlət suverenliyinə, müstəqilliyinə təhdiddir. Maraqlıdır ki, konfedersiya tezisi "Tərtər işi" ilə eyni dövrdə və eyni paraleldə ictimailəşdirilməyə başlayıb.
Təbii ki, bu istiqamətlər üzrə məlum Ermənistanın Azərbaycan müstəqilliyinə qarşı olan irsi və məkrli niyyəti xüsusi və tarixi xətdir.