Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Aqil Abbas: “Sürix” “Qarabağ”ın ayaqları altında qalacaq

877
Paylaş:
Aqil Abbas: “Sürix” “Qarabağ”ın ayaqları altında qalacaq

“Qarabağ” “Sürix”i tapdadı keçdi. Allah qoysa, Sürixdə də gedib tapdayacaq. Qurban Qurbanovu və bütün “Qarabağ” azarkeşlərini qələbə münasibətilə təbrik edirəm. Oyundan çox razı qaldım. Gözəl, möhtəşəm oyun oldu. Düzdür iki qol buraxdıq, amma eybi yox, cavab oyununda bu səhvləri etmərik. Futboldur da, hər şey olur. Onlar da güclü komandadır. Ümumiyyətlə, Avropada komandaların hamısı güclüdür. Yəni Türkmənistan, Orta Asiya, Ərəb ölkələrinin klubları deyillər ki! İsveçrə ölkə səviyyəsində də həmişə Avropa, Dünya çempionatlarında çıxış edən ölkədir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat “Qarabağ”ın səfər oyununda İsveçrədə yaşayan çox saylı türklərin stadiona gedib komandamızı dəstəkləyəcəklərinə inandığını bildirib: “Orada yaşayan türk dostlarım var və hamısına zəng etmişəm. Deyiblər ki, oyuna gedəcəklər. Düşünürəm ki, cavab oyununda “Qarabağ” səhv etmədən rəqibi əzib keçəcək. “Sürix” “Qarabağ”ın ayaqları altında qalacaq. Buna yüz faiz inanıram. Siz də inanın! Həm də dua edin!”

Paylaş:

Ən son xəbərlər