Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Qadın boşanırsa, ya da övladı vəfat edirsə, uşaq bağçasında işləyə bilməz” fikri yanlışdır”

947
Paylaş:
Deputat: “Qadın boşanırsa, ya da övladı vəfat edirsə, uşaq bağçasında işləyə bilməz” fikri yanlışdır”

Milli Məclisin deputatı Kamilə Əliyeva təhsil eksperti Kamran Əsədovun qalmaqal yaradan “boşanmış qadınları, övladı ölən şəxsləri uşaq bağçalarında işə cəlb etmək olmaz” fikirlərinə münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu, Kamran Əsədovun subyektiv yanaşmasıdır: “Təhsil eksperti kimi Kamran müəllimi tanıyıram, hörmətim var. Amma onun bu yanaşması əsassızdır, qəbul etmirəm. Bu, insanların konstitutsion hüquqlarının da pozulması deməkdir. Konstitusiyaya görə hər bir insanın işləmək hüququ var. “Qadın boşanırsa, ya da övladı vəfat edirsə, uşaq bağçasında işləyə bilməz” fikri tamamilə yanlışdır. Müəyyən kriteriyalara uyğun, sağlamlıq durumu, psixoloji vəziyyəti, savadı, təhsili normal olan istənilən şəxs bağçada tərbiyəçi işləmək istəyirsə, onun boşanmasının və ya övladının vəfat etməsi buna əngəl deyil. Ümumiyyətlə, bunun məntiqi əsası yoxdur. Elə qadınlar olur ki, boşanmayıb, həmçinin övladı var, övlad itkisi ilə üzləşmıyib, amma qəddardır, uşaqlara qarşı münasibəti pisdir. Bu cür qadınlar bağçada işləməyə qətiyyən layiq deyillər. Kamran müəllimin belə bir qənaətə gəlməsinin arxasında sübutlar olmalıdır. O, hansı araşdırmaları aparıb? Təhsil eksperti kimi əlində belə bir statistik məlumat varmı? Boşanmış və ya övladını itirmiş nə qədər qadın bağçalarda işləyib, neqativ hallar yaradıb, uşaqlar hansısa zorakılığa məruz qalıblar? Belə halla nə qədər valideyn rastlaşıb? Ona görə də Kamran Əsədovun bu qənaətə gəlməsində hansısa əsasların olması bir az şübhə doğurur. Ümumiyyətlə, düşünürəm, bu məsələ təhsilin predmeti deyil, bununla psixoloqlar məşğul olmalıdırlar”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər