Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Fermada sevgilisini öldürən şəxs: “Paltarlarımı yumadı, məni söydü”

906
Paylaş:
Fermada sevgilisini öldürən şəxs:     “Paltarlarımı yumadı, məni söydü”

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilib.


O dindirilərkən deyib ki, 1 fevral 2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə gəlib və orada Anar adlı şəxsin fermasında işləməyə başlayıb aylıq 300 manat müqabilində kiçik buynuzlu heyvanın təmizliyinə baxıb:


“Eyni zamanda, həmin həyətdə bir otaqlı tikilidə qalıb. Ondan başqa orada Sevinc, onun oğlu Rəşad və Elvin adında şəxs qalıb. Sevinc heyvanların sağma işinə baxırdı. İlk gündən Sevinc ilə yaxın münasibətlərim yarandı və tanışlığımızın 3-cü günündə o, məni qaldığı evə dəvət etdi və ilk dəfə cinsi əlaqədə olduq. Bundan sonra aramızda sevgi münasibətləri yarandı və 2-3 gündən bir Sevinc ilə birlikdə qalırdım. Sevinc özü hər dəfə məni yanına çağırırdı və könüllü şəkildə onunla cinsi əlaqədə olurdum. Onunla bir-birimizi sevməyə başladıq və hətta evlənməyi də düşünürdük. Birlikdə olduğumuz müddət ərzində Sevinc ilə aralamızda heç bir mübahisə, dava olmamışdı. Sonuncu dəfə Sevinc ilə 18 fevral 2022-ci il tarixdə bir yerdə qaldıq. Mənim bəzi paltarlarım da onun evində idi. Hadisəyə qədər isə öz otağımda qalırdım”.


Samir Sadıqovun qadını necə öldürməsindən də danışıb:


“23 fevral 2022-ci il tarixdə, səhər saatlarında Sevinc heyvanları sağıb, evinə gəldi. Mən də onun evinə getdim və yemək yeməyə hazırlaşdıq. Həmin vaxt Rəşad məktəbdə idi, Elvin isə heyvanları otarmağa aparmışdır. Sevincə qızmağa su qoyub, paltarlarımı yumağını bildirdim. O isə acıqlı şəkildə işinin olduğunu deyib “mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan, köpək oğlu” cümləsini işlətdi. Qadının bu sözü məni çox qəzəbləndirdi və ona iradımı bildirib “niyə özümü yox, atasımı söyürsən” dedim. Sevinc də yaxşı elədiyini söylədi. Sonra onun qaldığı evin mətbəx otağında olan və gündəlik istifadə edilən bıçağı götürüb qadına çox sayda xəsarətlər yetirməyə başladım. Həmin vaxt hər ikimiz ayaq üstə idik və mən Sevincin boğaz, boyun, sifət nahiyələrinə bıçaqla xəsarətlər yetirməyə başladım. Bir neçə bıçaq zərbəsindən sonra qadın ağzı üstə yerə yıxıldı və artıq səsi çıxmadı. Dəqiq olaraq neçə bıçaq zərbəsi vurduğumu bilmirəm, ancaq kifayət qədər çox olduğu yadımdadır. Sevinci qətlə yetirən zaman saat 9 radələri olardı və tutulacağımdan qorxduğum üçün metronun “20 Yanvar” stansiyasına gedib, taksiyə minərək Bərdə rayonuna yollandım. Saat 14 radələrində Bərdəyə, qohumum Məhər Məmmədovun evinə getdim, ona hadisə barədə heç nə demədim. Sadəcə bir günlük Bərdəyə gəzməyə gəldiyimi bildirdim. Bir neçə dəqiqə sonra onun kiçik oğlu Namiq atasına zəng vuraraq Məhərin Bərdə Rayon Polis Şöbəsinə çağırıldığını və mənim axtarıldığımı dedi. Bu zaman polis əməkdaşlarının məni axtardıqlarını anladım və Məhərə heç nə demədən evdən tələsik çıxdım. Bir neçə saat küçələrdə gəzdim. Sonra saat 20 radələrində əmim Telmanın evinə getdim. Gecə saat 24 radələrində isə yatan zaman polis əməkdaşları gələrək məni tutdular”.


Prosesdə qeyd edilib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb.


Məhkəmənin hökmü ilə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər