Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. "COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.
Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. "Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər", - o əlavə edib.