Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

RİH-dən “Hacı Astarada “Allahın mülkünü” hasara alıb” xəbərinə reaksiya

1 192
Paylaş:
RİH-dən “Hacı Astarada “Allahın mülkünü” hasara alıb” xəbərinə reaksiya

Astara Rayon İcra Hakimiyyəti “Hacı Astarada “Allahın mülkünü” hasara alıb” xəbərinə reaksiya verib.

Pravda.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən ərazi çoxillik icarə müqaviləsi əsasında Tofiq Heydərovun istifadəsinə verilib.

“Xəzər dənizinin Astara rayonu boyunca yerləşən bütün çimərliklər vətəndaşların istifadəsi üçün açıqdır. Məlumat üçün bildiririk ki, bütün sahilboyu ərazidən çimərlik kimi istifadə edilmir. Sakinlərin və rayonumuza gələn qonaqların istirahəti üçün kifayət qədər çimərliklər mövcuddur. Hal-hazıradək rayon ərazisində tikilən turizm məqsədli obyektlərdə sakinlərin çimərliklərdən istifadəsinə mane olma hallarına yol verilməmişdir.  Xəzər dənizinin Astara rayonu boyunca yerləşən sahilboyu ərazisində əhalinin istirahəti üçün qanunamüvafiq qaydada müəyyən edilmiş çimərliklər mövcuddur. Əhalinin çimərlik üçün nəzərdə tutulmayan yerlərdə istirahəti tövsiyə edilmir. Qeyd edilmiş məsələ rayon icra hakimiyyəti tərəfindən xüsusi diqqətdə saxlanılacaq” – məlumatda qeyd olunub.

Kənan

Paylaş:

Ən son xəbərlər