Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş beynəlxalq qurumun Azərbaycandakı sabiq rezident əlaqələndiricisi, Əfqanıstandan olan Qulam Məhəmməd İsakzaini BMT-nin İraqa Yardım üzrə Missiyasının (UNAMI) xüsusi nümayəndəsinin müavini təyin edib.
BMT baş katibinin mətbuat ofisinin yaydığı bəyanatda bildirilir ki, İsakzai həm də ölkədə rezident əlaqələndirici və BMT-nin humanitar koordinatoru kimi fəaliyyət göstərəcək.
İsakzai bu vəzifədə almaniyalı İrena Voyakova-Solloranonu əvəz edəcək. “Baş katib fəaliyyəti dövründə onun rəhbərliyinə və sədaqətli xidmətinə görə minnətdardır”, - açıqlamada deyilir.