BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğludan İraqın ittihamlarına cavab: "Dinc sakinlərə atəş açmamışıq"

“Bağdadda Türkiyə səfirliyinə hər hansı hücum olmayıb, səfirliyin təhlükəsizliyi gücləndirilib”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində İraqın Dohuk əyalətinin Zaho rayonunda baş verən və 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum barədə danışarkən deyib.

 

Nazir bildirib ki, viza verilən bir ofisdə Türkiyə bayrağını yandırmağa cəhd ediblər, səfirliyin keçmiş binası yaxınlığında aksiya keçirilib: “Türkiyənin İraqın müxtəlif bölgələrində PKK terror təşkilatı ilə mübarizə aparır. Türkiyə heç vaxt mülki əhaliyə atəş açmayıb, o cümlədən də Dohukda mülki əhaliyə hər hansı hücum olmayıb. Bu, əslində Türkiyənin terrorla mübarizəsini əngəlləmək məqsədi daşıyır”.

 

APA

Tarix: 21 İyul 2022, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin