Xəbər verdiyimiz kimi, Milli Kulinariya Mərkəzinə məxsus bəzi sənədlər itib. Sosial şəbəkələrdə iddia olunur ki, Mərkəzin keçmiş baş direktoru Tahir Əmiraslanov vəzifədən gedərkən sənədləri özü ilə götürmüş ola bilər.
Tahir Əmiraslanov itən sənədlərdən danışdı: “Niyə ordan sənədləri götürməliyəm? Öz sənədlərimi qoymağa yer tapmıram”
T.Əmiraslanov Pravda.az-a açıqlamasında deyib ki, itən sənədlərlə əlaqəsi yoxdur: “Niyə ordan sənədləri götürməliyəm? Nəyimə lazımdır? Heç başım çıxmır ki, hansı sənədlərdən söhbət gedir. Xəbərim yoxdur. Təəssüf ki, bir qrup adam şər-xəta yayır. Kim bu informasiyanı yazıb, bilmirəm. Öz işimlə məşğulam. “Facebook”da bir qrup adam məni təqib edir. Niyə edirlər, başa düşmürəm. Nəyimə lazımdır Mərkəzin sənədləri? Artıq Mərkəzdə yoxamsa, o sənədləri nə edəcəyəm? Öz sənədlərimi, kitablarımı qoymağa yer tapmıram. İtən mühasibat sənədləridirsə, mühasibdən soruşmaq lazımdır. Onlar köçəndə arxivə nəyi veriblər, nəyi yox, bilmirəm. Arxiv sənədlərini də arxivə verəndə məni çağırıb nəsə deməyiblər. Ola bilər, köçəndə itib. Biz “Sovetski”də oturanda 4-5 dəfə köçmüşük. Hər dəfə nə qədər sənədlə… Zirzəmidə sənədləri su basmışdı. Nə qədər kitablarım, diplomlar xarab oldu. Mədəniyyət Nazirliyinə də xəbər verdik ki, bu boyda sənədlərin hamısı getdi. Sonra buna görə oradan çıxdıq. Bəlkə o vaxtın sənədidir? Ya da təzə sənəddirsə, yerinə qoysunlar…”
Aytəkin Qardaşova