Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: "Çimərliklərdə bəzi qadınların açıq-saçıq hərəkət etmələri normal hal deyil"

1 023
Paylaş:
Deputat: "Çimərliklərdə bəzi qadınların açıq-saçıq hərəkət etmələri normal hal deyil"

"Şəxsi həyata müdaxilə etmək cinayət əməlidir. Ona görə də kiminsə görüntüsünü onun xəbəri olmadan çəkib paylaşmaq doğru deyil. Biz azərbaycanlıyıq, milli-mənəvi dəyərlərimiz var. Biz bu dəyərlərə söykənirik. Hovuzda çimən qadınların videosunu paylaşan adam haqlı olaraq qınanır. Bunu etməkdə məqsəd nədir? Belə hal yalnız kimisə şantaj etmək, şəxsiyyətinə toxunmaq, alçaltmaq niyyəti güdə bilər. Bu da düzgün olmayan, xoşagəlməz hadisədir. Azərbaycan kişisi olan insan belə şeyi heç vaxt etməz. Məgər o, sənin anandır, bacındır, həyat yoldaşındır? Sənin ananın, bacının, həyət yoldaşının görüntüsünü çəkib alçaldıcı şəkildə yaysalar, buna necə münasibət bəsləyərsən? Əlbəttə ki, utanarsan, yerə girərsən, başqası ilə gedib münaqişə yaradarsan. Görünür, o videonu çəkən adam üumiyyətlə psixoloji cəhətdən sağlam deyil".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, qadınlar çimərliklərdə kişilərdən təcrid olunmalı deyillər: “Burada ayıb nə var ki? Düzdür, çimərliklərdə bəzi qadınların açıq-saçıq hərəkət etmələri, yaxud da bəzi kişilərin xoşagəlməz hərəkətlərə yol vermələri qəbuledilən hal deyil. Amma bir çox qadınlar var ki, onlar hətta nəzərdə tutulduğundan da uzun geyinir və heç bir açıq-saçıq hərəkətə yol vermir. Eyni zamanda onlar çimərliklərdə müəyyən qaydada kişilərdən uzaqlaşırlar. Kişilər də həyasını saxlamaq, azərbaycanlı insan ismətini qorumaq üçün qadınlardan uzaqlaşırlar. Ancaq nəyə görə qadın və kişi çimərlikləri ayrı olmalıdır ki? Bunu düzgün hesab etmirəm, çünki bərabərlik varsa o hər yerdə təmin olunmalıdır. Bərabərlikdən sui-istifadə edib açıq-saçıq hərəkətlərə yol vermək, ictimaiyyətin xoşuna gəlməyən hallara yol vermək düzgün deyil. Bunlara qadağa qoymaq lazımdır. Yoxsa bütün dünyada qadınlarla kişilərin bir çimərlikdən istifadə etmələri qəbul olunubsa, nəyə görə bu bizdə qəbul olunmamalıdır? Onda biz qadınlarla bir yerdə kinoteatrlara da getməyək? Ya xəstəxanalara da bir yerdə getməyək? Deyək ki, yox, qadın xəstəni ancaq qadın həkim müayinə etməlidir? Onun bədənini kişi görməməlidir? Bunların hamısı köhnə düşüncələrdir. Ancaq biz istənilən halda abır-həyanı, isməti, dəyərlərimizi qorumalıyıq. Biz ictimai yerlərdə o qədər də açıq-saçıq geyinməməli, narahat edən, insanların şəxsiyyətinə toxunan, onların mənəviyyatına ziyan vuran hallara yol verməməliyik".

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər