“Ölkələr arasında hər hansı siyasi problemlər varsa, onlar bir-birinə nota ünvanlamaqla, diplomatik yollarla bu məsələlərə narazılıqlarını bildirirlər. Azərbaycandakı İsrail səfirinin Təbrizin tarixi haqqında kitabı oxuması ilə bağlı paylaşmında İran tərəfini qıcıqlandıracaq bir şey görmürəm".
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov İranın Azərbaycandakı səfiri Abbas Musəvinin israilli həmkarı Corc Diki təhdid etməsinə münasibət bildirərkən deyib.
"Hər bir səfir, hər bir şəxs dünya ölkələrinin, qonşu ölkələrin, eləcə də xalqların tarixini öyərənə bilər. Burada İsrail səfirinin nə günah var ki? İsrail səfirinin Azərbaycan, Təbrizin tarixi ilə maraqlanması niyə İranı qıcıqlandırmalıdır? O, siyasi motivdə hər hansı bir çağırış etməyib ki!.. Sadəcə olaraq tarixi, mədəniyyəti öyrənməklə bağlı öz fikirlərini ifadə edib" - deputat qeyd edib.