BURADA REKLAMINIZ OLA
BİLƏR

Kiril Petkov: “Azərbaycan Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilər”

“Əvvəlcə təşəkkürümü bildirmək istəyirəm ki, son altı ay ərzində ehtiyac olan dövrdə Sizin əsl dost olduğunuzu gördük. Dostluq belə də olmalıdır”.

 

Pravda.az xəbər verir ki, bunu iyulun 21-də Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.

 

“Mən, həmçinin tam anlayıram ki, iki ölkə arasında dostluğun uzun tarixi var və çox sahələri əhatə edir. Çox məmnunluqla öyrəndim ki, biz hətta enerji sahəsinə aid olmayan digər məsələləri - texnologiyaları, informasiya texnologiyalarını, kənd təsərrüfatını, tikintini də müzakirə edə bilərik.

 

Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.

 

Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək”, - o qeyd edib.

Tarix: 21 İyul 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin