Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyidir.