BURADA REKLAMINIZ OLA
BİLƏR

İsraildən İranın Azərbaycandakı səfirinin hədəsinə CAVAB

İsrailin Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini Təbrizlə bağlı paylaşım etdiyinə görə hədələməsinə münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə departamentinin müavini Coşua Zarka sosial şəbəkələrdə paylaşım edib.

 

O, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Dikin Təbrizlə bağlı kitabın fotosunu yaymasına görə etdiyi paylaşımına reaksiya verib.

 

"İran bir terrorçunun həbsinə görə İsveç vətəndaşlarını qaçırmaqla hədələyir. İranın Azərbaycandakı səfiri kitab oxuduğu üçün səfirimizi təhdid edir. Bu rejim ölkəni və xalqını, o cümlədən Təbrizi ən pis həddə çatdırıb və hamı ilə qarşıdurmalar yaradıb”-deyə, Coşua Zarka yazıb.

 

Tarix: 22 İyul 2022, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin