Ukraynadan taxıl ixracına dair razılaşmaya əsasən minalardan təmizləmə aparılmayacaq.
Pravda.az xəbər verir ki, bu barədə BMT-nin yüksək rütbəli rəsmisi bildirib.
"Biz qərara gəldik ki, təhlükəsiz dəhlizlərdən istifadə etmək daha səmərəli olacaq, bunu Ukrayna tərəfi müəyyənləşdirəcək. Bu gəmilər ukraynalı pilotların müşayiəti ilə aparılacaq", - o əlavə edib.
Taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.
BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.