Almaniya kansleri Olaf Şoltsun qonşuları vaxtaşırı zibil qutusunda və ya onun yaxınlığında mühüm sənədlər, məsələn G7 sammiti ilə bağlı materiallar tapırlar.
Məlumata görə, 2021-ci ilin noyabrında Potsdamın mərkəzindəki dəbdəbəli yaşayış kompleksində Şoltsunun qonşuları onun həyat yoldaşı və Brandenburqun təhsil naziri Britta Ernstin bir neçə gün əvvəl Brandenburq parlamentindəki nitqinin qaralamasını aşkar ediblər.