Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Aİ-də meymunçiçəyinə qarşı peyvənd təsdiqləndi

834
Paylaş:
Aİ-də meymunçiçəyinə qarşı peyvənd təsdiqləndi

Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı "Imvanex" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.


Pravda.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.


Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.


Agentlik “İmvaneks”in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağını bildirib.


Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.


Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.

Paylaş:

Ən son xəbərlər