Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin hakimiyyəti iyulun 23-də koronavirusla bağlı vəziyyətin pisləşməsi və şəhərin epidemioloji vəziyyətin orta riskli (“sarı zona”) zonasına daxil olması ilə əlaqədar karantin məhdudiyyətləri tətbiq edib.
Pravda.az xəbər verir ki, bu barədə iyulun 21-də Nur-Sultan şəhərinin baş dövlət sanitar həkimi Sərxat Beysenova müvafiq qərar imzalayıb.
“Beş yaşınadək uşaqlar istisna olmaqla, insanların sıx toplaşdığı yerlərə (avtovağzallar, ticarət və əyləncə mərkəzləri, ticarət evləri, qapalı bazarlar, konsert salonları, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar, stadionlar və digər idman obyektləri) səfərlər zamanı, habelə şəhər ictimai nəqliyyatında səyahət edərkən tibbi maskaların taxılması tövsiyə edilsin”-deyə, sənəddə qeyd olunur.