Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Nə oğurluq edirəm, nə də rüşvət götürürəm” – Bəhram Bağırzadə çəkildiyi dondurma reklamına “bayağı” deyənlərə cavab verdi

1 042
Paylaş:
“Nə oğurluq edirəm, nə də rüşvət götürürəm” –     Bəhram Bağırzadə çəkildiyi dondurma reklamına “bayağı” deyənlərə cavab verdi

“Reklam reklamdır da, bayağı nəyə deyirlər?! Qoy insanlar gedib öz peşələri ilə məşğul olsunlar. Deputatlar getsin qanunları müzakirə etsin, memarlar bina tiksin, məmurlar öz işləri ilə məşğul olsunlar. Bu, mənim sənətim və işimdir. Beş il İncəsənət Universitetini oxumuşam ki, reklamlar çəkim... Nə zavodum, nə də fabrikim var. Nə oğurluq edirəm, nə də rüşvət götürürəm, sənətim aktyorluqdur. Ona görə reklamlara da çəkilirəm, bundan sonra da çəkiləcəm. Kimin xoşuna gəlmirsə, bu, onun problemidir. Hamı axı Çexovu, Dostoyevskini, Turgenevi, Sabiri, Cəlil Məmmədquluzadəni oxumayıb. İnsanlar Federiko Fellininin, Antonionin filmlərinə baxmayıbsa, Mikeloancelonun, Repinin, Rafael Santinin əsərləri ilə tanış deyillərsə, bu, mənim problemim deyil. Hərdən mənə də çətin gəlir. Elə bilirəm ki, bunları oxumuşamsa, ətrafda olan insanlar da oxuyublar. Oxumayıblarsa, bu, öz problemləridir.”

Bunu Pravda.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.

B.Bağırzadə bildirib ki, kimisə tənqid etmək ən asan işdir: “Hərə  gedib öz işi ilə məşğul olsun və sübut etsinlər ki, onlar nəyi məndən yaxşı ediblər. Dörd dəfə Moskvada çempion olanda da sübut etmişəm, əsrin çempionu olanda da. Bundan əlavə bu günə qədər 114 kitab buraxmışam. Bundan əlavə, müəyyən səbəblərə görə deyə bilməyəcəyim digər işlərlə də məşğul oluram. Ona görə də bir xahişim var, hamı öz işi ilə məşğul olsun. Onsuz da nəsə edəndə, hamının xoşuna gəlməyə bilər. Axı mən yüz dollar deyiləm ki hamının xoşuna gələm... Dondurma reklamı məsələsi mövsümi işdir. Bu Hamlet, Otello tamaşaları deyil ki hanısa fəlsəfə daşısın. Sadəcə, məlumat xarakteri daşıyan reklamdır ki, bu dondurmalar artıq satışa çıxıb, alın. Burada fəlsəfə axtarmaq lazım deyil”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər