Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda fəhlə evini yoxlayan məmurun başına butulka vuraraq yardı

1 409
Paylaş:
Bakıda fəhlə evini yoxlayan məmurun başına butulka vuraraq yardı

Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elməddin Mirzəyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Əməliyyat İdarəsinin Axtarış müəyyənetmə və məcburi gətirmə şöbəsinin 1-ci bölməsinin böyük əməliyyat müvəkkili Fərid Rəsulov və həmin şöbənin 2-ci bölməsinin böyük əməliyyat müvəkkili tərəfindən 27 iyul 2021-ci ildə saat 12 radələrində Elməddin Mirzəyevin yaşadığı paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi ev 68A-da olan fərdi yaşayış evinə saxta aksiz markaları və spirt məhsulların saxlanıb-saxlanmamasının aşkar edilməsi üçün baxış keçirilib. Həmin vaxt təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək ona məxsus otağa daxil olmasına maneəçilik yaradıb.

Zərərçəkmiş şəxs digər yataq otağına baxış keçirən zaman Elməddin həyətə düşərək orada olan içki şüşələrdən birini götürüb yaşayış evindən çıxan Fərid Rəsulovun arxa tərəfindən yaxınlaşıb. Daha sonra o, Fərid Rəsulova xidməti vəzifələrini yerinə yetirərkən zortətbiq edərək müqavimət göstərib şüşəni onun başına vurub. Bu zaman Fərid Rəsulov sağ təpə nahiyəsi və sol qulaq seyvanın səthi kəsilmiş yaraları xəsarəti alıb. Həmin vaxt zərərçəkmiş şəxs zərbənin təsirindən evin qarşısında olan pilləkənlərdən aşağı yıxılaraq, sol dirsək oynağı nahiyyəsinin, sol əlin barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən saxlanılan təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Elməddin Mirzəyevə şərti cəza verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmündən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. O, məhkəmənin 13 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinın 315-cü maddəsi ilə ən yüksək həddə cəza təyin olunmasını xahiş edib.

Qeyd: Elməddin Mirzəyev Nəsimi rayonu 65 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyir.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər