Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məşhur yazıçı vəfat etdi

1 075
Paylaş:
Məşhur yazıçı vəfat etdi

Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.

Pravda.az xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.

Rasim Özdənörən 20 may 1940-cı ildə Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.

Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.

APA

Paylaş:

Ən son xəbərlər