Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Beynəlxalq Media Forumun Şuşada keçirilməsi ciddi mesaj idi" - Ekspert

922
Paylaş:
"Beynəlxalq Media Forumun Şuşada keçirilməsi ciddi mesaj idi" -       Ekspert

“22 İyul – Milli Mətbuat Gününün bu dəfə Şuşada keçirilməsi və Azərbaycan mətbuatını təmsil edən çoxlu sayda həmkarlarımızın və digər şəxslərin Beynəlxalq Media Forumda iştirak etməsi çox əhəmiyyətli hadisə idi. Elə təkcə Forumun Şuşada keçirilməsi faktının özü ciddi bir mesaj idi. Bu Forumda müxtəlif məsələlər müzakirə olundu. Xeyli subyektiv, heç bir elmi əsası olmayan fikirlər də səsləndirildi. Eyni zamanda bunlar real təcrübəni ifadə etməyən qənaətlər də deyildi. Bunlara təbii şəkildə baxmaq lazımdır, çünki fərqli fikirlər, fərqli mövqelər, plüralizm çox önəmlidir.”

Bunu Pravda.az-a açıqlamasında əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli bildirib ki, Şuşada keçirilən Beynəlxalq Media Forumda mətbuatla bağlı müxtəlif mövzular müzakirə edildi: “Forumda jurnalistika problemləri, əhalinin informasiya ilə doğru-dürüst təmin olunması, mətbuat etikası, jurnalist davranışları kimi müəyyən məsələlər müzakirə olundu. Bu mövzular və yanaşmalarla bağlı hər kəsdə fərqli mövqe ola bilər. Forumda "Azərbaycan mətbuatında Şuşa izi" panelində mətbuatda “Şuşa izi”nin necə işıqlandırılması ilə bağlı çıxışlar oldu. Bu Forumla bağlı ən xoş təəssüratlarımdan biri orada tənqidi, eləcə də müstəqil medianın nümayəndələrinin iştirak etməsi oldu. Gələcək Forumlarda jurnalistikanın, mətbuatın bir sıra aktual problemləri ilə yanaşı, ölkədə azad mətbuatın inkişafı ilə bağlı olan məsələləri də müzakirə etməliyik.”

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər