Hazırda dünyada meymunçiçəyi virusuna 16 mindən çox yoluxma qeydə alınıb.
Pravda.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün keçirilən brifinqində Baş direktor Tedros Adanom Qebreyesus deyib.
O bildirib ki, dünyanın 75 ölkə və ərazisində yoluxma halları qeydə alınıb, onlardan beşi ölümlə nəticələnib.