Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Rauf Arifoğlu: "Bu, sanki, Beynəlxalq Media Forumu deyil, bayram, festival idi"

1 031
Paylaş:
Rauf Arifoğlu: "Bu, sanki, Beynəlxalq Media Forumu deyil, bayram, festival idi"

““22 İyul –Milli Mətbuat Günü Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan media tarixində ilk və böyük hadisə hesab olunur. Bu Forumun Şuşada keçirilməsi xüsusilə əhəmiyyətli idi. Şuşa bundan əvvəl də bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ora hazırda özünün ən qaynar həyatını yaşayan Azərbaycanın ən gözəl yaşayış məntəqələrindən biridir.”

Bunu Pravda.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

R.Arifoğlu qeyd edib ki, Şuşada mətbuatla bağlı bu cür tədbirin keçirilməsi Azərbaycan mediasının təmsilçiləri üçün xüsusilə önəmli idi: “Tədbirin təşkilat hissəsi çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan mediasını təmsil edən 200-dən yuxarı təmsilçi və Şuşanın geri qaytarılmasında iştirak edən 10 qazimiz Prezidentin təqdim etdiyi təyyarə ilə Füzuli şəhərinə, oradan isə Şuşa şəhərinə yola düşmüşdü. Bu marşrutun özü həm cəmiyyətə, həm dünyaya, həm də ermənilərə mesaj idi. Ermənilərin əlindən xaraba qalmış Füzulimizdə elə infrastruktur qurmuşuq ki, artıq oraya təyyarə ilə getmək mümkündür. Bizlər üçün ayrılan təyyarə Azərbayacanın təyyarə anbarında olan ən böyük təyyarələrdən biri idi. Tədbirə gəlincə, Şuşada çox yüksək səviyyəli və məzmunlu Forum keçirildi. Dörd panel üzrə müzakirlər həyata keçirildi. Buraya dünyada olan media tendensiyaları, media problemləri, Azərbaycan mediasının çağdaş trendlərə hazırlanması və keçidi prosesi, eyni zamanda bir sıra digər məsələlər daxil idi. Tədbirdə eyni zamanda Azərbaycan mətbuatının 147-ci ili çərçivəsində "Azərbaycan mətbuatında Şuşa izi" panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparıldı. Yalnız orada çıxış edən şəxslər deyil, bütövlükdə zalda olan bütün tədbir iştirakçıları çox aktiv idilər. Çıxışların mövzusu, məzmunu olduqca zəngin idi. Bu prosesi Şuşa mənzərələri daha da rəngli edirdi. Oradakı iştirakçıların ən azı 50 faizi Şuşaya ilk dəfə səfər edirdi. Onların Şuşa gəzintisi və həyəcanı Foruma xüsusi rəng qatırdı. Orada elə bir yüksək aura var idi ki, Bu, sanki, Beynəlxalq Media Forumu deyil, bayram, festival idi. Həqiqətən də həm intellektual səviyyə, həm də rəngarənlik baxımından Şuşada keçirilən bu Forum tarixi nöqteyi nəzərindən Azərbaycan mətbuat tarixində qızıl şriftlərlə yazılmağa layiqdir.”

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər