İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Fransa Respublikasının Prezidenti Emmanuel Makronla 120 dəqiqəlik telefon danışığı aparıb.
Pravda.az-ın məlumatına görə, liderlər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq məsələlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyini müzakirə ediblər.
Rəisi İranın müxtəlif ölkələrlə siyasi və iqtisadi əməkdaşlığın nəzərə çarpacaq dərəcədə genişlənməsinə toxunaraq, ABŞ-ın İrana qarşı sanksiyalarını qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərli hesab edib.