Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Sabah yağış yağacaq

1 184
Paylaş:
Sabah yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 14-18° isti olacaq.

Paylaş:

Ən son xəbərlər