Bərdə də kişi arvadının evini yandırıb.
Hadisə ötən gecə rayonun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.
Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşı olub. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.