BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana dəvət etdi

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib.


Pravda.az xəbər verir ki, iyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.


Azərbaycanın dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.


Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.


Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Tarix: 24 İyul 2022, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin