BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Mirziyoyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Özbəkistan prezidenti Şavkat Mirziyoyevi 65 illik yubileyi münasibətilə təbrik edib.


Pravda.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.


Siyasətçilər ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər.


Bəzi beynəlxalq mövzulara da toxunulub, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının bu ilin payızında Özbəkistanda keçirilməsi planlaşdırılan iclasına hazırlıq kontekstində.


Putin və Mirziyoyev Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini gücləndirməkdə qarşılıqlı niyyətlərini təsdiqləyiblər.


Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti özbək həmkarının iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük xidmətlərinə görə Aleksandr Nevski ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tarix: 24 İyul 2022, 14:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin