BURADA REKLAMINIZ OLA
BİLƏR

Portuqaliya Qod Nisanovun vətəndaşlıq müraciətinə baxır

Portuqaliya Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanov və Lev Leviyevin vətəndaşlıq müraciətlərinə baxır.


Pravda.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.


Sənədə əsasən, hər iki şəxsin ifadələri “baxılma mərhələsindədir”, digər təfərrüatlar açıqlanmır. Biznesmenlər “Reuters”in şərh müraciətinə cavab verməyiblər.


Bundan əvvəl “Publico” qəzeti rusiyalı iş adamı Andrey Rappoportun da 2019-cu ildə Portuqaliya vətəndaşlığını aldığını yazıb. Qəzetin məlumatına görə, milyarder XV əsrin sonunda ölkədən qovulmuş sefarad yəhudilərinin nəsillərinə yerli pasport almağa icazə verən qanun sayəsində respublika vətəndaşlığını ala bilib.


Qeyd edək ki, Qod Nisanov 1972-ci ilin 24 aprelində Qubada anadan olub. O, 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Hazırda Rusiyada yaşayır.


Report 

Tarix: 24 İyul 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin