"Məlum hadisəylə bağlı "Şəhidlər söyülüb" deyərək qurşaqdan aşağı zərbə vurmaq istəyən fürsətcillərin özləri ən şərəfsiz adamlardır. Mən buna inanmıram. Və bu məsələdə "Şəhid" adından istifadə edənləri də lənətləyirəm. Sözümün canı başqadır. Sirr deyil ki, o məclisə qədər də, elə o məclisin özündə də, hətta indən belə də Şuşada içki içənlər olub və olacaq. Bəli, buna heç bir qadağa yoxdur. Bu gün bəziləri bir az da irəli gedib yazıb ki, bəs "niyə "Şəhidlər Xiyabanı" olan Bakıda və ya Kəlbəcərdə içki içmək olar, amma Şuşada yox?" Bəli, bayaq qeyd etdiyim kimi heç bir rəsmi qadağa yoxdur. Amma bir vicdan və mənəviyyat məsələsi də var axı. Onda sizin məntiqinizdən belə çıxır ki, sabah Xocalıya da yollar açılsa, orada da araq içmək, hətta qol götürüb oynamaq da olar, eləmi? Yenə də sizin məntiqə əsaslansaq - "Nə olsun ki, orda qırğın olub? Bakıda da 20 Yanvar olub da, niyə Bakıda olar, Xocalıda olmaz?" Ona görə də bir daha qeyd edirəm ki, bu bir mənəviyyat məsələsidir".
Pravda.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib.