Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sumqayıtda itkin düşən oğlanın dənizdən meyiti tapıldı

950
Paylaş:
Sumqayıtda itkin düşən oğlanın dənizdən meyiti tapıldı

İyulun 23-də Sumqayıtda itkin düşdüyü deyilən 17 yaşlı Fikrət Əliyevin dənizdə batdığı məlum olub.


Pravda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.


Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


F.Əliyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər