“Azərbaycanın hüquq-mühafizə orqanları və qanunlar var. Bu qanunlara hamı tabedir. Ortada cinayət varsa, cəzası da olmalıdır. Hər halda, belə məsləhət bilinib. Bu, məhkəmənin işidir və biz bu işlərə qarışa bilmərik”.
Bu sözləri Pravda.az-a Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev qohumu, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərara münasibət bildirərkən deyib.