1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevin səs yazısı müzakirələrə səbəb olub. İdarə rəisi ona zəng edən vətəndaşı təhqir edərək küçə söyüşləri ilə alçaldıb. Mətbuatda yayılan məlumatlarda iddia olunur, Ş.Quliyevi bu vəzifəyə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin müavini Vüqar Kərimov gətirib. Başqa bir məlumatda isə bildirilib ki, Ş.Quliyevin himayədarlarından biri həmyerlisi, Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərovdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.