Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputatdan tövsiyə: “Qucaqlaşmaq, öpüşmək kimi yaxın təmaslardan qaçın”

1 114
Paylaş:
Deputatdan tövsiyə: “Qucaqlaşmaq, öpüşmək kimi yaxın təmaslardan qaçın”

“Bəşəriyyət və ölkəmiz üçün koronavirus böyük bəladır. Bundan əlavə, indi meymunçiçəyi virusu da yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə bağlı bütün dünyada fövqəladə vəziyyət elan edib. Azərbaycan səhiyyə orqanları tövsiyə edib ki, xalq özünü qapalı məkanlardan gözləsin. İndi onsuz da hökumət quru sərhədləri açmır və mümkün qədər nəzarət edir ki, xəstəlik xaricdən gələnlər vasitəsilə ölkəmizdə yayılmasın”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, koronavirusla bağlı qorunma tədbirlərində çox şey vətəndaşlardan aslıdır: “İnsanlar çalışmalıdırlar ki, mümkün qədər böyük məclislər toylar, yaslar, şənliklər keçirməsinlər. Qucaqlaşmaq, öpüşmək kimi yaxın təmaslardan qaçsınlar. Tibbi spirtdən istifadə edib sosial məsafəni gözləsinlər. Maskadan özləri könüllü şəkilə istifadə etsinlər ki, koronavirus yenidən geniş şəkildə yayılıb bəlaya çevrilməsin. Bəzən deyirlər ki, bu süni şəkildə yaradılmış xəstəlikdir. Ola bilər ki, bu, siyasətdir və süni şəkildə yaradılıb, amma hər hada xəstəliyin mövcudluğu faktı yerində qalır. Buna görə də özümüzü, ətrafımızı qorumalıyıq. Xəstəliklər bağlı tövsiyələrə riayət etmək və şayiələrə fikir verməmək lazımdır”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər