Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Partiya sədrindən Qalib Salahzadənin “Ağasif Rəsuloğlu” ifadəsinə cavab: “Qalib Allahşüküroğlu deməyəcəm”

1 209
Paylaş:
Partiya sədrindən Qalib Salahzadənin “Ağasif Rəsuloğlu” ifadəsinə cavab: “Qalib Allahşüküroğlu deməyəcəm”

“Qalib Salahzadəni ciddi biri olaraq qəbul etmirəm. Bu səbəbdən də onun boş söz yığını olan mənasız və əsassız fikirlərini şərh etməyi doğru saymıram. Gərək qarşındakı ciddi şəxs olsun ki, onun fikirləri sənə təsir etsin, sən də ona cavab verəsən. Onu ranqıma uyğun biri hesab etmədiyimdən cavab verməyi də doğru saymıram. Yaşlı adamdır, danışmaqla özünə təsəlli tapır. Qoy danışsın. Bu ahıl və zavallı adama ayıracaq mənasız zamanım yoxdur. Azərbaycan hüquqi dövlətdir. Şikayəti var, özünü haqlı sayır? O, zaman buyurub aidiyyatı qurumlara müraciət etsin. Hərdən bir mətbuata çıxıb boş söz yığınından ibarət fikirlər ortaya atmaqla, müxtəlif hörmətli şəxslərin, dövlət qulluqçularının, məmurların adlarını çəkməklə düşünürsə ki, nəyəsə nail olacaq buyursun, davam eləsin… Təsəvvür edin, o qədər primitiv adamdır ki, ölkədə adını çəkmədiyi məmur qalmayıb, utanmadan deyir ki, bu məmurlar Ağasif Şakiroğlunu himayə edir. Gah baş nazir Əli Əsədovun, gah Prezidentin köməkçisi Kərəm Həsənovun, gah komitə sədri Rövşən Rzayevin, gah da Bəylər Əyyubovun adını çəkir. Qısası, yatıb yuxusunda gördüyü kim varsa hamısını himayədarım kimi mətbuatda göstərir. Utanmır, bu yaşda ağlına yox, ağzına gələni danışır. Görünür, həyatı boyu kimlərinsə kölgəsi və himayəsi altında yaşadığından hamını elə özü kimi zənn edir…”

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu qeyd edib ki, Qalib Salahzadə indi də yeni mövzu tapıb, Müzəffər Ali Baş Komandanın adını çəkir: “Deyir “mən yalnız onu eşidərəm”. Təsəvvür edin, orta əsrlərdən qalmış təsəvvür ilə yaşamaqdadır. Özünü 1990-cı illərdə hiss edir. Anlamır ki, Prezident İlham Əliyev cənabları ölkədə hüquqi dövlət qurub. Bu tip məişət zəminli mübahisələr 1990-cı illərdə olduğu kimi daha həll edilmir. Bilirsiniz, düşüncə, yanaşma xəstə olduqdan sonra insana heç kim kömək edə bilməz. Gərək düşüncə sağlam olsun. Hesab edirəm ki, mənfi reputasiyalı, keçmişi qaranlıq birinin Müzəffər Ali Baş Komandanın adını dilinə gətirməsi, çirkli oyunlarında, məkirli məqsədlərində istifadə etməsi qəbul edilməz və yolverilməzdir. Bu adam mənə xitab edərək “Ağasif Şakiroğlu yox, Ağasif Rəsuloğlu” deyir… Çox gülməli fəndlərdir. Əgər düşünürsə ki, məni bu yolla təxribata çəkə bilər, yanılır. Onun kimi primitiv hisslərlə, düşüncə ilə yaşamıram. Düşünürsə ki, mən də ona “Qalib Allahşükür oğlu” deyəcəm, yenə də yanılır. Ona görə yanılır ki, ondan fərqli olaraq o tərbiyənin sahibi deyiləm! Hər kəs öz mərifətini, tərbiyəsini ortaya qoyur. Buyursun, belə də davam etsin… Kiminsə namusuna söz atacaq qədər aşağı enməmişəm. Qoy özünü bu yaşda yaşının fərqinə varmadan aşağılayanlar utansın. Qoy mətbuatda “od püskürüb” də məhkəməyə şikayət yazdıqda gəlinini önə verən, gəlininin və qudasının kölgəsində gizlənənlər utansın… Belə bir şəxsin, məncə, hansı insani və mənəvi keyfiyyətlərə sahib olduğunu hər kəs anlayır. Özünü bu qədər aşağı duruma salmış bir insan haqqında nəsə deməyim artıq olar… Mənə sadəcə onun bu miskin durumuna acımaq qalır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər