Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəyən şəxs Vətən Müharibəsi qazisi deyil.
Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Tərtər RİH-dən bildirilib.

Qeyd olunub ki, həmin şəxs Tərtər şəhər Elman Səfərov küçəsinin sakini, Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili, 1976-cı il təvəllüdlü Vəliyev İlqar Qabil oğludur.
“O, körpələr evi-uşaq bağçasında işləyən qızının analıq məzuniyyətinə çıxaraq məzuniyyət pulunu ala bilməməsi səbəbindən içkili vəziyyətdə Tərtər rayon İcra Hakimiyyətinin qarşısına gəlib. Benzinlə özünü yandırmağa cəhd edib. Cəhdin qarşısı alınıb” – məlumatda bildirilib.
Aytəkin Qardaşova