Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Metyu Brayza: “Paşinyan təhdid və qorxularla üz-üzədir”

1 057
Paylaş:
Metyu Brayza: “Paşinyan təhdid və qorxularla üz-üzədir”

“Aydın görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası, Qarabağ probleminə birdəfəlik son qoyacaq sülh sazişinin hazırlanması istiqamətində irəliləmək istəyir. Ermənistanda baş verənləri müşahidə edən hər kəs görür ki, oradakı radikal müxalif qüvvələr Paşinyanın Azərbaycana yönəlik olan müsbət hər hansı bir iş görməsinə ciddi etiraz edirlər. Düşünürəm ki, Ermənistanın siyasi sistemində Paşinyanı fiziki təhdid edənlər var. 1990-cı ilin sonlarında Qarabağ münaqişəsi istiqamətində irəliləyişlərin olacağı görünürdü və bu zaman Ermənistan parlamentinin zalında erməni siyasi liderlərinə qarşı qətllər və sui-qəsdlər baş verirdi. Paşinyan da bu cür təhdid və qorxularla üz-üzədir. Hesab edirəm ki, onun ətrafındakı yüksək vəzifəli məmurlar cəsarət və qətiyyətə malik deyillər. Ona görə də Baş nazir özü bu problemin həllində irəli getməyə çalışmalıdır.”

Bunu Pravda.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

M.Brayza bildirib ki, Ermənistan cəmiyyəti hələ də müharibədə uduzmağın rüsvayçılığı üzərində işləyir: “İkinci Qarabağ müharibəsindən sonra Ermənistandakı bəzi siyasətçilər hesab edirlər ki, onların güclənməsinin yolu Azərbaycanla bağlı müsbət hər şeyi pisləməkdir. Bu, istər 11 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Nazir Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan üçtərəfli bəyanat olsun, istərsə də 2020-ci il 10 noyabr Ermənistan tərəfinin hərbi qüvvələrini Qarabağdan tamamilə geri çəkməli olduğu, lakin hələ də tam yerinə yetirmədiyi bəyanat olsun. Düşünürəm ki, indi ortada mövcud olan əsas problem həmin bəyanatların şərtlərinin yerinə yetirilməməsidir. Eyni şey Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə yaşanan gərginliyə də aiddir. Bütün bu toqquşmalara son qoymaq və oradakı gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin demarkasiyasına dair razılığa ehtiyac olduğu aydındır”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər