BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev STM-də...

Sosial Tədqiqatlar Mərkəzində (STM-də) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın iştirakı ilə qurumun 2022-ci ilin birinci yarım illiyinin yekunlarına həsr olunan yığıncağı – hesabat iclası keçirilib.

Pravda.az xəbər verir ki, tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, görüşün məqsədi Mərkəzin elmi-analitik və tədqiqat işlərinin dövlətimizin cari və strateji mənafeləri, tapşırıqları ilə uzlaşması durumuna qiymət vermək, beyin mərkəzlərinin geniş profil və miqyasda hərtərəfli fəaliyyətinə nəzər salmaq, xüsusilə, son iki ildə Vətən müharibəsində parlaq qələbədən sonra  regional və beynəlxalq məkanda baş verən sürətli dəyişikliklərə dair qərar qəbuledicilərin STM qarşısında qoyduqları vəzifələrin icrasına dair hesabat verməkdir.

Görülən işlər haqda danışan Zahid Oruc deyib ki, mühüm sənədlərlə yanaşı, Mərkəzin təsis etdiyi, dövlət reyestrində qeydə alınan, eləcə də beynəlxalq redaksiya heyətinə və beynəlxalq İSSN sertifikatına (Beynəlxalq Standart Seriya Nömrəsi) malik olan Sosial Tədqiqatlar Jurnalının növbəti sayı hazırlanaraq çap edilib. Jurnalda yerli və xarici müəlliflərin sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət, hüquq və fəlsəfə kimi humanitar elm sahələrində məqalələrinə yer verildiyini qeyd edib. 

Hikmət Hacıyev Mərkəz əməkdaşları ilə keçirilən ötən görüşdə qaldırılan məsələlərin yüksək keyfiyyətlə və ciddi məsuliyyətlə icra edildiyinə diqqət çəkərək, STM-in özünəməxsus dəsti-xəttinin olduğunu bildirib. Eyni zamanda, prezident köməkçisi aidiyyatı dövlət qurumlarına göndərilən sənədlərin diqqətlə araşdırıldığını və fəaliyyətləri üçün zəruri olan təklif, rəy və siyasət tövsiyyələrinə həssaslıqla yanaşıldığını, qurumun fəaliyyətinin cari və gündəlik hadisələr əsasında deyil, dövlətimizin və xalqımızın həyati mənafeləri, sosial-siyasi gündəliyi və 44 günlük müharibədən sonra yaranan yeni regional-beynəlxalq tendensiyalar əsasında qurulduğunu xüsusi vurğulayıb. 

Daha sonra Mərkəz təmsilçilərinin müxtəlif rəy və təklifləri dinlənilib, belə görüşlərin dövri əsasda keçirilməsi qərara alınıb.

Tarix: 26 İyul 2022, 16:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin