İyulun 26-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb. Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.
Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.