Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Partiya sədri: “Adil Əliyevə qarşı iyrənc kampaniya aparanlar Azərbaycanım uğurlarını matəm kimi qəbul edən şəxslərdir”

1 058
Paylaş:
Partiya sədri: “Adil Əliyevə qarşı iyrənc kampaniya aparanlar Azərbaycanım uğurlarını matəm kimi qəbul edən şəxslərdir”

“Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Adil Əliyevin mətbuata verdiyi və bir çoxlarının ifşası ilə nəticələnmiş müsahibəsindən sonra həmin şəxslərin sifarişi ilə hədəf seçilməsi və başladılmış iyrənc kampaniya hələ də ölkəmizdə “5-ci kolon”un ayaqda qaldığının bariz nümunəsidir”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu bildirib ki, Adil Əliyev milli kadrlardandır: “Qanı qanımızdan, canı-canımızdan olan birinin üzərinə yürümək, ona qarşı müxtəlif şər-böhtan kampaniyası təşkil etmək hesab edirəm ki, dövlətçiliyimizə illərdir qənim kəsilmiş antimilli ünsürlərin “əlişidir”. Düşünürəm ki, dövlətimiz hər şeyi görür. Hesab edirəm ki, nə qədər ki, Ramiz Mehdiyevlər, Əli Həsənovlar cəzasız qalıb bu kimi hallar çox olacaq. Dövlətinə, xalqına xidmət göstərən milli kadrlar hər zaman antimilli mövqe sahiblərinin hədəfində olacaq. Bütün bu olanlar bir daha deməyə əsas verir ki, ölkədə ciddi təmizlənmə siyasəti aparılmalı və xalqına, dövlətinə dil uzadanların dili, əl uzadanların əli bir dəfəlik kəsilməlidir. Bu qüvvələr Azərbaycanın uğurlarına sevinməyən, Azərbaycanımızın uğurlarını matəm kimi qəbul edən şəxslərdir. Heç kimə sirr deyil ki, bu şəbəkənin başında duran şəxs Ramiz Mehdiyevdir. Nə qədər ki, bu şəbəkə var, dövlətimizin milli təhlükəsizliyi zərbə altındadır. Hesab edirəm ki, bu kimi şəxslər bütün vəzifələrdən alınmalı və barələrində ciddi tədbirlər görülməlidir”.

Kənan

Paylaş:

Ən son xəbərlər