Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi “Met-Ak”ı yenidən cərimələdi

803
Paylaş:
Gömrük Komitəsi “Met-Ak”ı yenidən cərimələdi

“Met-Ak” MMC-yə yenidən cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Gültəkin Əsədovanın icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Daha əvvəl “Met-Ak” MMC-yə eyni xətai il bağlı cərimə protokolu yazılmışdı.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər