BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəbli Çay, Çəltik və Sitrus festivalında iştirak etdi

Milli Məclisin deputatı Hadi Rəcəbli Lənkəran şəhərində III Çay, Çəltik və Sitrus festivalından iştirak edib.

 

Pravda.az-ın xəbərinə görə, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən festivala dövlət və hökumət, həmçinin xarici ölkələrin rsəfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər qatılıblar.

 

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

Fotoları təqdim edirik
Tarix: 24 Noyabr 2019, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin