Dünyada neftin qiymətinin kəskin ucuzlaşması, koronovirusun maliyyə bazarına mənfi təsiri, qonşu ölkədə devalvasiya həyəcanı və s. kimi amillər Azərbaycanın devalvasiyanın astanasında olduğundan xəbər verir.
Pravda.az-ın xəbərinə görə, Azərbaycanda baş verəcək devalvasiya zamanı ən çox zərər çəkəcək bank "RabitəBank"dır. Belə ki, sözügedən bank kredit bazarına aqressiv girdiyi üçün yüklü sayda kredit verir. Bankın Neftçilər metrostansiyasında 10 min manatdan çox xərclədiyi kredit reklamı, digər banklarda olan yüksək faizli kreditləri "Rabitəbank"a transferi kimi kampaniyaları sözügedən bankın kredit bazarına aqressiv girdiyini göstəricisidir.